terça-feira, 29 de abril de 2014

Yeni Zelandiya


New Zealand
Aotearoa
Yeni Zelandiya bayrağıYeni Zelandiya gerbi
BayrağıGerbi
Himn:
Yeni Zelandiya – xəritədə yeri
PaytaxtVellinqton
Rəsmi dilİngilis dili
'
Ərazi
• Ümumi

268.021 km2 km² (75)
Əhali
• Təxmini sayı (2011)
• Əhali sıxlığı

4.414.400 nəfər (124)
nəfər/km²
Saat qurşağıGMT (UKV)
İnternet domeni.nz
Telefon kodu+64

Yeni Zelandiya - Okeaniyada dövlət .

Coğrafiyası[redaktə]

Sakit okeanın cənub şəqrində yerləşir, iki böyük adadan (Şimal ada və Cənub adadan) ibarətdir və aralarındə əsas adalar Stüart və Çatem olan çoxsaylı kiçik adalardan ibarətdir. Yerli sakinlər – Maorilər Yeni Zelandiyanı Aotearoa adlandırırdılar, bu söz Uzun Ağ Bulud Torpağı kimi tərcümə olunur. Yeni Zelandiya müxtar adalar Kuka və Nieu-nu da öz tərkibinə daxil edir. Tokelau və Ross-Dependensi Yeni Zelandiyanın Antarktidadakı ərazi iddialarıdır.

Demoqrafiyası[redaktə]

Əhalisi 2006 - cı il siyahıya almasının yekunlarına əsasən 4.027.947 nəfərdir .[1] Ölkə əhalsi – Avropadan gəlmələrdir, burada azlıq təşkil edən yerli əhali - Maorilər də yaşayır. Asiya və Polineziya mühacirləri də azlıq təşkil edir və əsasən şəhərlər də yaşayır. Yeni Zelandiyanın kraliçası Yelizaveta II dövlətin başçısıdır və o olmadıqda onu general-qubernator əvəz edir. Kraliça dövlətə başçılıq etsə də, onu idarə etmir. Onun həqiqi siyasi təsir hüququ yoxdur və hakimiyyəti simvolikdir. Siyasi hakimiyyət hökümətin başçısı olan baş-nazirin rəhbərliyi altında demokratik seçilmiş parlamentin əlindədir.

Panorama[redaktə]

Dünyada heç bir başqa ölkə Yeni Zelandiya kimi mənzərəli panoramalara malik deyil. Subtropik və bitki ilə zəngin Nortlenddən bir vaxtlar Redyard Kiplinqin "Dünyanın Səkkizinci Möcüzəsi" kimi təsvir etdiyi Fiorilənddəki Milli Parkın gözəl Mitra zirvələrindək. Bu həqiqətən də, çoxsaylı heyranedici təbiət kontrastları ilə dolu cənnət yeridir. Yeni Zelandiya iki əsas adadan ibarətdir. Bunların hər ikisi öz gözəl mənzərələri ilə tənınır. Şimali adada Yeni Zelandiyanın ən iri şəhəri Oklend və əsas beynəlxalq qapılar yerləşir. Klenddən siz şimala subtropikə valeh edici sahillərə, delfinlərlə üzə biləcəyiniz çimərliklərə və iri kauri və nəhəng qıjılar görə biləcəyiniz meşələrə və ya cənuba geyzerlərə və Rotoruaya yollana bilərsininz.
Kol basmış göllər və vulkanlar, dünyanın ən sıx meşələri və beləcə paytaxt Vellinqton şəhərinədək. Kraysterç – Cənub ada qapıları, burada siz balinalara baxmaqdan və raftinqdən həzz alacaqsınız. Qletçerlərdə və ya sadəcə ən gözəl torpaqda gəzin. Özünüz üçün son dərəcə maraqlı yerlərin dünyasını kəşf edin. Digər kontinentlərdən ayrı olduğuna görə Yeni Zelandiya çox zəngin vəhşi təbiətə, unikal və nadir birki, quş və həşərat növlərinə malikdir. Bunlardan ən tanınmışı qanadsız Kividir, hətta yeni Zelandiyalıları bəzən bu cür adlandırırlar. Həmçinin hea (dağ popuqayı), kaka popuqayı, Yeni Zelandiya tuisi və sarı gözlü pinqvin. Yeni Zelandiya sahillərində albatros, firtına quşu və pinqvin daxil olmaqla xeyli dəniz quşu yaşayır. Yeni Zelandiya az ölkələrdəndir ki, bir gündə siz yaxından balina görə bilərsiniz, delfinlərlə üzə bilərsiniz, cənub kral albatrosunun nəcibliyindən zövq ala bilərsiniz.
Tautara – dinozavrların yaşadığı dövrə aid olan sürünəndir, və yalnız Yeni Zelandiyada yaşayır. Burada nadir sahil hörümçəyi katipodan başqa heç bir ilan və zəhərli heyvan yoxdur. Yeni Zelandiya meşələri – tropik meşələr (qırmızı şam ağacı və s.) həmişə yaşıl ağac növləri və nəhəng ayı döşəklərindən ibarətdir. Yeni Zelandiya həmçinin çiçəklənən güllərin və ağacların (metrosideros) unikal növləri ilə zəngin ölkədir.

Nenhum comentário:

Postar um comentário